Modern.az

Tramp-Duda görüşünün DETALLARI

Tramp-Duda görüşünün DETALLARI

18 Aprel 2024, 11:12

ABŞ-ın sabiq prezidenti Donald Tramp Polşa prezidenti Anjey Duda ilə Manhettendəki "Trump Tower"də görüşüb.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, görüşdən əvvəl Tramp Duda ilə “şəxsi münasibəti olduğunu” və hər ikisinin prezident vəzifəsini icra etdiyi vaxtlarda birgə işlədiklərini xatırladığını, “polyakların onu çox sevdiyini” söyləyib.

 

Söhbətdən sonra Anjey Duda deyib ki, “çox yaxşı atmosferdə dostluq görüşü” olub və ölkələrin keçmiş liderləri ilə görüşlər keçirmək normal təcrübədir.

 

Eyni zamanda, Polşanın baş naziri Donald Tusk ABŞ-da keçiriləcək prezident seçkilərində Trampın kifayət qədər olmayan anti-Rusiya mövqeyinə görə Baydeni dəstəkləyir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü