Modern.az

Blinken yenidən İsrailə getdi

Blinken yenidən İsrailə getdi

Dünya

1 May 2024, 10:37

ABŞ dövlət katibi Entoni Blinken İsraildə səfərdədir.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

 

Onun sözlərinə görə, Baş katib Blinken İsraildədir və o, Baş nazir Netanyahu, Prezident Herzoq və girovluqda olan ABŞ vətəndaşlarının (yəhudi əsilli -red.) ailə üzvləri ilə görüşəcək.

 

Miller qeyd edib ki, Blinken Qəzzaya humanitar yardımın çatdırılması prosesinə baxmaq üçün Aşdod limanına gedəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...