Modern.az

HƏMAS İsraillə razılaşmaya "HƏ" dedi

HƏMAS İsraillə razılaşmaya

Dünya

6 May 2024, 21:49

HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qəzza zolağında atəşkəs təklifini qəbul etməyə hazır olduğunu açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani və Misir Baş Kəşfiyyat Xidmətinin rəhbəri Abbas Kamil ilə telefon danışığında bildirib.

 

Qeyd edək ki, Qətər və Misir HƏMAS və İsrail arasında danışıqlarda vasitəçi rolunu oynayır.

 

“Mən onlara HƏMAS hərəkatının atəşkəs razılaşması təklifini təsdiqləməsi barədə məlumat verdim”, - HƏMAS-ın kanalında deyilir.

 

Bundan bir qədər əvvəl “The Times of Israel” qəzeti İsrail ordusunun Rəfah şəhərinin şərq bölgəsində təxliyə çağırışı ilə bağlı vərəqələr yaymağa başladığını yazıb. İsrail Qəzza zolağının cənubunda yerləşən şəhərdə hərbi əməliyyat keçirmək niyyətindədir. 

 

Aprelin 29-da danışıqlar zamanı HƏMAS-a 40 günlük atəşkəs təklif olunub . Razılaşma həmçinin HƏMAS yaraqlıları tərəfindən saxlanılan girovların fələstinli məhbuslarla dəyişdirilməsini də əhatə edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi