Modern.az saytı Ukrayna paytaxtı Kiyevin mərkəzindəki Maydan hadisələri zamanı nümayişçilər arasında yaranmış lətifələri diqqətinizə çatdırı.
Prezident Yanukoviç müdafiə nazirindən soruşur:
- Zirehli texnikanı Maydana çıxara bilərikmi?
Nazir başını bulayıb deyir:
- Bəs Konstityusiya?
Yanukoviç əlini stola çırparaq köməkçisinin üstünə qışqırır:
- Min dəfə sizə tapşırmışam ki, Konstitusiyanı gətirin mən də oxuyum.
***
Maydan ətrafından keçən ukraynalı hadisələri seyr edib deyir:
- Yaramazın biri yaramaz.
Yaxınlıqda olan iki nəfər milis kişini tutub şöbəyə aparırlar və sorğu-sual başlanır:
- Siz niyə prezidenti yaramaz adlandırıb onu təhqir edirsiniz?
Kişi məcbur qalıb yalan danışmağa başlayır:
- Siz yanılırsınız, mən bu sözü qonşumun ünvanına deyirdim.
- Yalan danışırsan, guya biz bilmirik bu ölkədə yaramaz kimdir?
***
Maydanda iki nümayişçi söhbər edir:
- Heç bilirsən Yanukoviç Kliçkonu necə qorxudur?
- Necə?
- Deyir özünü yaxşı aparmasan Timoşenkonu türmədən azad edəcəm.
***
Beynəlxalq Olimpiya Komitəsindən Ukraynanın Prezident Administrasiyasına zəng edib soruşurlar:
- Ukrayna prezidenti Soçi Olimpiadasında iştirak edəcək?
Cavab:
- Bu prezidentdən yox, Maydandan asılıdır. Zəhmət olmasa sualınızı nümayişçilərə ünvanlayın.
***
Prezident Yanukoviç Avstriyada olanda rəsmilərə sual verir:
- Əgər sizdə dəniz yoxdursa, bəs Dəniz Nazirliyi nəyə gərəkdir?
- Cənab Yanukoviç, biz sizdən soruşuruq ki, Ukraynada seçki komissiyası nəyə gərəkdir.
İlham Cəmiloğlu