Modern.az

Obama və Merkel görüşdü: Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Obama və Merkel görüşdü: Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Dünya

9 Fevral 2015, 22:00

 

ABŞ prezidenti Barak Obam və  Almaniya kansleri Angela Merkel Ağ Evdə keçirdikləri görüşdə  Qərbin Rusiyaya qarşı sanksiya siyasəti barədə bir daha razılığa gəliblər.

Modern.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evdə keçirilən mətbuat konfransında Almaniya kansleri Angela Merkel bildirib.  

Rusiya Ukrayna ilə bağlı siyasi kursunu dəyişməsə, Moskvaya qarşı sanksiyalar davam edəcək.  

Angela Merkel bildirib ki, Rusiya indiki siyasətini dəyişməsə, onun qarşı iqtisadi və siyasi təcrid edilməsi daha da güclənəcək.  

Bu arada Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri isə fevralın 9-da Brüsseldə Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini təsdiqləyiblər. Lakin Polşanın xarici işlər naziri Qjeqoy Sxetina bildirib ki, Ukrayna tərəfinin xahişi ilə saksiyaların tətbiqi fevralın 16-dək təxirə salınıb.

"Ukrayna hesab edir ki, sanksiyaların tətbiq edilməsinin təxirə salınması böhranın həlli ilə bağlı yeni şanslar yarada bilər",-deyə Polşa XİN başçısı qeyd edib.

Bildirək ki, yeni sanksiyaların 19 fiziki və 9 hüquqi şəxsə şamil ediləcəyi gözlənilir.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!