Modern.az

Ərdoğan təhlükəsizlik məsələsii ilə bağlı müşavirə çağırıb

 Ərdoğan təhlükəsizlik məsələsii ilə bağlı müşavirə çağırıb

Dünya

9 Fevral 2016, 21:44

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təhlükəsizlik məsələləri, terrorçuluqla mübarizə və bölgədəki vəziyyətlə bağlı müşavirə çağırıb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, müşavirədə Türkiyənin baş naziri Əhməd Davudoğlu, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, DİN rəhbəri Efkan Ala və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan iştirak edib.

Qeyd edək ki, toplantı prezidentin gündəlik iş planına daxil edilmədiyindən baş nazir Əhməd Davudoğlu Hollandiyaya səfərini təxirə salıb.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək