Modern.az

Saatlıda toydan qayıdan ailə qəzaya düşüb: 5 nəfər xəsarət alıb

Saatlıda toydan qayıdan ailə qəzaya düşüb: 5 nəfər xəsarət alıb

Hadisə

19 Yanvar 2020, 10:20

Toy məclisindən evə qayıdan ailə qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Şirinbəy kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, Cəfərov Elxan idarə etdiyi Vaz 2107 markalı avtomobillə hərəkət edərkən idarə etməni itirib. Avtomobil aşıb. Qəza nəticəsində sürücü E.Cəfərov və onun ailə üzvləri Cəfərova Aygün, Cəfərova Xanım, 13 yaşlı Cəfərov Fərid Elxan oğlu və 11 yaşlı Cəfərov Elton Elşən oğlu ağır xəsarətlər alıb. 

 

Yaralılar Bakıya 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı