Modern.az

Oteldə əxlaqsızlıq yuvası aşkarlandı – Müştərilər də saxlanıldı

Oteldə əxlaqsızlıq yuvası aşkarlandı – Müştərilər də saxlanıldı

7 Avqust 2020, 15:04

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayonunun Mil qəsəbə sakini V. Quliyevin qəsəbə ərazisində işlətdiyi otelin əxlaqsız yuva kimi fəaliyyət göstərdiyi müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin oteli icarə əsasında işlədən V. Quliyev və orada olan 2 nəfər müştəri saxlanılıraq Beyləqan RPŞ-yə gətirilib.

 

Faktla bağlı Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi