Modern.az

Suriyada 6 azərbaycanlı ÖLDÜRÜLDÜ

Suriyada 6 azərbaycanlı ÖLDÜRÜLDÜ

Hadisə

28 Oktyabr 2021, 16:41

Suriyanın Latakiya bölgəsində yerləşən Cəbel ət-Türkmən şəhərində 6 azərbaycanlı döyüşçü öldürülüb.

 

Modern.az xəbər verir ki, “Cundulla” qruplaşmasının tərkibində döyüşən azərbaycanlılar “Əl Qaidə”yə bağlı “Hayat Təhrir əş-Şam” qruplaşması ilə döyüşlərdə həyatlarını itiriblər.

“Cundulla”nın azərbaycanlı komandiri Əbu Hənifə əl-Azəri də öldürülənlər arasındadır.

 

“Hayat Təhrir əş-Şam”ın lideri Əbu Məhəmməd əl-Culani ilə əldə olunmuş razılaşmaya görə, “Cundulla” qruplaşmasının sağ qalan üzvləri Cəbel ət-Türkmən şəhərini tərk edəcək və İdlib vilayətinə qayıdacaq.

Öldürülən azərbaycanlıların adları hələlik açıqlanmır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!