Modern.az

Buzovnadakı basqında yaralanan qadın da öldü - YENİLƏNİB

Buzovnadakı basqında yaralanan qadın da öldü - YENİLƏNİB

Hadisə

1 Dekabr 2022, 16:14

Xəzər rayonu, Buzovna qəsəbəsində 29.11.2022-ci il tarixində baş verən hadisə nəticəsində xəsarət alaraq TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə yerləşdirilən 1945-ci il təvəllüdlü Şahirə Muradova 01.12.2022-ci il saat 03:00 radələrində tibbi müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

 

Bu barədə TƏBİB-dən Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edək ki, eyni hadisə nəticəsində xəsarət alan 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə zəruri tibbi xidmətlər aldıqdan ambulator müalicə üçün evə buraxılıb.

 

*****

15:40

 

Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində əri və oğlu qətlə yetirilərkən yaralanan 1945-ci il təvəllüdlü Şahirə Muradova xəstəxanada ölüb.

 

Modern.az xəbər verir ki, yaralı həkimlərin müdaxiləsinə baxmayaraq, müalicə aldığı tibb müəssisəsində dünyasını dəyişib.

 

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradovun, xəsarət alan daha bir nəfər, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

 

Yaralılardan daha bir nəfər - 1971-ci il təvəllüdlü Rahil Muradov tibbi müdaxilələrə baxmayaraq xəstəxanada ölüb. 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun vəziyyəti qənaətbəxş olduğu üçün evə yazılıb.

 

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi