Modern.az

Lənkəranda yol qəzası - Ölən var

Lənkəranda yol qəzası - Ölən var

9 Mart 2023, 00:45

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

 

99-KE-639 dövlət nömrə nişanlı "Tofaş" markalı avtomobillə 10-TX-820 nişanlı "Toyota Prius" markalı nəqliyyat vasitəsi toqquşub. Hadisə nəticəsində bir nəfərin öldüyü, iki nəfərin xəsarət aldığı bildirilir.

 

Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi