Modern.az

Uşaqların biri Bakıdan qonaq gəlibmiş - "Tok" vurub öldürən şagirdlərlə bağlı AÇIQLAMA

Uşaqların biri Bakıdan qonaq gəlibmiş -

Hadisə

15 Aprel 2024, 11:16

Xəbər verdiyimiz kimi, İmişlidə iki yeniyetməni elektrik cərəyanı vurub. Hər iki yeniyetmə hadisə yerində dünyasını dəyişib.

 

Məlumata görə, hadisə İmişli şəhər N.Şirinov adına 5 saylı məktəb-liseydə baş verib.

 

Məlumata görə, məktəbin ərazisində yerləşən birmərtəbəli binanın üstünə çıxarkən 2010-cu il təvəllüdlü İsbərov Amid Seyran oğlunu və 2010-cu il təvəllüdlü Məmmədov Farid Vahid oğlunu elektrik cərəyanı vurub. TƏBİB-dən bildirilib ki, 2010 və 2014-cü il təvəllüdlü 2 nəfərin (kişi cinsli) hadisə yerində ölüm faktı qeydə alınıb.

 

Vəfat edən şagirdlərin 8-ci sinifdə oxuduqları bildirilir.


Modern.az baş verən hadisə ilə bağlı ətraflı məlumat öyrənmək üçün Mil-Muğan Regional Təhsil İdarəsi ilə əlaqə saxlayıb. 

 

İdarədən verilən məlumatda hadisəni bazar günü günorta satlarında baş verdiyini bildirib:

 

“Məktəbin ərazisində əlavə tikili var, uşaqlar arxa tərəfdən həmin tikilinin üstünə çıxıblar", - məlumatda qeyd olunub.

 

Bildirilib ki, vəfat edən şagirdlərdən biri - İsbərov Amid Seyran oğlu İmişli məktəbinin şagirdidir: "Digər yeniyetmə Qubadlı məktəbinin şagirdidir, Bakıdan qonaq gəlib. Hələki təfərrüatlı məlumat yoxdur.  Aidiyyatı üzrə araşdırma aparılır",

 



Foto: Hadisənin baş verdiyi tikili
 

Qurumdan qeyd olunub ki, hadisənin baş verdiyi tikinti məktəbin hasarına yaxın olan ərazidədir:

 

"Uşaqların niyə orada olduğu müəmmalıdır. Ora elə yerdir ki, gərək, nərdivan qoyub çıxasan. Həmçinin ərazidə ağaclıq var. O ağaclıqdan necə keçiblər, niyə keçiblər, bilinmir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!