Modern.az

Zaqatalada iki qohum pomidor turşusundan zəhərləndi

Zaqatalada iki qohum pomidor turşusundan zəhərləndi

Hadisə

15 Aprel 2024, 17:00

Aprelin 14-də saat 18:00 radələrində Zaqatala rayon Yuxarı Tala kənd sakini, 1999-cu il təvəllüdlü şəxs (kişi cinsli) qida zəhərlənməsi şübhəsi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

 

Bu barədə Modern.az-a TƏBİB-dən məlumat verilib. Qeyd olunub ki, həmin şəxs aprelin 15-də səhər saat 05:00 radələrində Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Toksikologiya Mərkəzinə təxliyə edilib.

 

1963-cü il təvəllüdlü digər şəxs (kişi cinsli) isə bu gün saat 13:13-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, hazırda Toksikologiya Mərkəzinə təxliyə edilir. Botulizmə şübhə olduğundan ailənin digər üzvləri də profilaktik olaraq xəstəxanaya dəvət olunub, müvafiq tibbi yardımlar göstərilib. Ambulator müayinə üçün Bakı şəhərinə göndərişlə təmin ediliblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!