Modern.az

Toydan çıxan qadınları maşın vurdu, biri öldü - VİDEO

Toydan çıxan qadınları maşın vurdu, biri öldü - VİDEO

Hadisə

6 May 2024, 09:21

Bakının Nizami rayonunda avtomobilin vurduğu piyadalardan biri ölüb.

 

Modern.az xəbər verir ki, qəza Bəkir Çobanzadə küçəsində baş verib.

 

1959-cu il təvəllüdlü Kəmalə Həmid qızı Bağırova və 1961-ci il təvəllüdlü Gülarə Oktay qızı Əfəndiyeva şadlıq evindən çıxaraq yolun əks tərəfinə keçmək istəyiblər. Həmin vaxt onları KIA markalı avtomobil vurub.

 

Piyadalar ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər. Xəstəxanada müalicə alan Gülarə Əfəndiyeva həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

 

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi