Modern.az

Qurban Qurbanov oyundan öncə mətbuat konfransı keçirəcək

Qurban Qurbanov oyundan öncə mətbuat konfransı keçirəcək

23 Mart 2023, 15:34

Türkiyənin “Qalatasaray” klubu ilə xeyriyyə oyunu keçirəcək “Qarabağ”ın oyundan öncə mediaya açıq məşqi və baş məşqçi Qurban Qurbanovun brifinqi nəzərdə tutulub.

 

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, martın 25-i saat 16:45-də Bakı Olimpiya Stadionunda Qurban Qurbanovun brifinqi keçiriləcək.

 

Saat 17:00-da isə "Qarabağ"ın mediaya açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

 

Qeyd edək ki, qarşılaşma martın 26-da saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI