Modern.az

Uğurlu seriyanı davam etdirmək istəyirik - Baş məşqçi

Uğurlu seriyanı davam etdirmək istəyirik - Baş məşqçi

23 Mart 2023, 21:40

Sabah meydanda maksimum gücümüzü ortaya qoymağa çalışacağıq.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya yığmasına qarşı keçirəcəkləri oyundan öncə baş tutan mətbuat konfransı zamanı deyib.

 

O qeyd edib ki, Avstriya yığması çox yaxşı təşkilatlanmış güclü komandadır. Son oyunları yüksək səviyyədə keçiriblər. Heyətlərində beynəlxalq oyun təcrübəsi olan, yaxşı oyunçular var:

 

"Heyətdə zədəli futbolçularımız var. Qapıçı Şahrudin Məhəmmədəliyev, müdafiəçi Bədavi Hüseynov, hücumçu Mahir Emreli komandamız üçün ciddi itkidir. Təbii ki, zədəlilərin yoxluğunu dolduracaq oyunçularımız var.

 

Son matçlarda yaxşı nəticələr qazanmışıq. Uğurlu seriyanı davam etdirmək istəyirik. Qalib də gələ bilərik, məğlub da ola bilərik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir