Modern.az

Gəncə klubunun baş məşqçisi 1 illik futboldan uzaqlaşdırıldı

Gəncə klubunun baş məşqçisi 1 illik futboldan uzaqlaşdırıldı

İdman

27 Mart 2024, 15:46

AFFA U-13 Liqasında çıxış edən "Azəri" komandasının baş məşqçisi Elşən Əliyevin futbolla bağlı hər hansı fəaliyyətinə bir il müddətinə qadağa qoyulub.

 

Modern.az xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar çıxarıb.

Gəncə təmsilçisinə rəhbərlik edən mütəxəssis "Turan Tovuz"la matçda baş hakimi təhqir edib, referinin şərəf və layaqətini alçaldıb. Bundan əlavə, baş məşqçi ədalət təmsilçisini vurmağa da cəhd edib.

Görüş yarımçıq dayandırıldığı üçün "Azəri"yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü