Modern.az

"Qalatasaray" növbəti 3 xalını qazandı 

İdman

27 Aprel 2024, 00:10

Türkiyə Superliqasında 34-cü tura start verilib.

 

Modern.az xəbər verir ki, günün yeganə oyununda "Adana Dəmirspor" və "Qalatasaray" komandaları üz-üzə gəliblər. Görüş İstanbul nəhənginin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Hesabı 53-cü dəqiqədə Hakim Ziyeş açıb. 64-cü dəqiqədə Kərim Dəmirbay fərqi iki topa çatdırıb. Matçın yekun nəticəsini 90+1-ci dəqiqəsində Mauro İkardi müəyyənləşdirib.

 

Qeyd edək ki, bu nəticədən sonra xallarını 93-ə çatdıran "Qalatasaray" liderliyini davam etdirir. "Fənərbağça" 86 xalla ikinci pillədə qərarlaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!