Modern.az

Çempionlar Liqasında 1/4 final - “Divlər”in oyunu heç-heçə qurtardı

Çempionlar Liqasında 1/4 final - “Divlər”in oyunu heç-heçə qurtardı

İdman

10 Aprel 2024, 08:24

Ötən gecə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

Modern.az xəbər verir ki, öncə iki matç keçirilib. Görüşlərin heç birində qalib müəyyənləşməyib.

"Arsenal" evdə "Bavariya"n, "Real" isə "Mançester Siti"nu məğlub edə bilməyib. Hər iki oyun heç-heçə nəticələnib.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması apreli 17-də oynanılacaq.

1/4 finalın digər iki ilk oyunu bu gün keçiriləcək.

9 aprel


"Arsenal" - "Bavariya" - 2:2
Qollar: Saka, 12, Trossard, 76 - Qnabri, 18, Keyn, 32-pen.
 

"Real" - "Mançester Siti" - 3:3
Qollar: Dias, 12-avtoqol; Rodriqo, 14, Valverde, 79 - Silva, 2, Foden, 66, Qvardiol, 71

***

10 aprel

23:00. "Atletiko" - "Borussiya" (Dortmund)
"Çivits Metropolitano"
 

23:00. PSJ - "Barselona"
"Park de Prens"

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!