Modern.az

Dadaş Dadaşbəyli Tailandda 3 medal qazandı 

Dadaş Dadaşbəyli Tailandda 3 medal qazandı 

İdman

10 Aprel 2024, 18:33

Azərbaycanın milli atleti Dadaş Dadaşbəyli Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə Dünya Kubokunda 3 gümüş medal qazanıb.

 

Modern.az xəbər verir ki, 109 kq çəki dərəcəsində yarışan Dadaş Dadaşbəyli birdən qaldırma hərəkətində 177 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb.

 

O, təkanla qaldırma hərəkətində 211 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə də eyni uğura imza atıb.

 

Toplam 388 kq (177+211) nəticə gösərən Dadaşbəyli yekun sıralamada da 2-ci yeri tutub və yarışı 3 gümüş medalla başa vurub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!