Modern.az

Gimnastlarımız beynəlxalq turnirdə iştirak edəcəklər

Gimnastlarımız beynəlxalq turnirdə iştirak edəcəklər

İdman

11 Aprel 2024, 16:34

Aprelin 12-də Qırğızıstanın paytaxtı Bişkekdə bədii gimnastika üzrə “Kelechek” adlı beynəlxalq turnir start götürəcək.

 

Modern.az xəbər verir ki, 3 gün davam edəcək yarışda Azərbaycan yığması da iştirak edəcək.

 

Xalçaya bədii gimnastika üzrə məşqçi Valentina Ukleynanın rəhbərliyi altında gənc gimnastlar - Zəhra Cəfərova, Mədinə Abbaslı və Şəms Müvəffəqi çıxacaqlar.

 

Qeyd edək ki, yarışda hakim Dilbər İbrahimova da ölkəmizi təmsil edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü