Modern.az

Vergilər Nazirliyində yeni müşavirlər təyin olunub

Vergilər Nazirliyində yeni müşavirlər təyin olunub

16 Yanvar 2018, 08:58

Vergilər naziri Mikayıl Cabbarov bir sıra təyinatlar edib. Modern.az-ın nazirlikdən əldə etdiyi məlumata görə, nazir özünə 4 yeni müşavir təyin edib.

Nazirlikdə kadr dəyişikliklərinin davam edəcəyi bildirilir...

Xatırladaq ki, bundan öncə nazir daha iki müşavir təyinatı gerçəkləşdirmişdi. Camal Qasımov və Elnur Əliyev nazirin yeni müşavirləri, Ceyhunə Muxtarova isə köməkçisi təyin olunmuşdu.

Beləliklə, son təyinatdan sonra nazirin müşavirlərinin sayı 6 nəfərə çatıb.

Qeyd edək ki, Mikayıl Cabbarov Vergilər Nazirliyinə rəhbər gələndən sonra 64 nəfər vəzifəsinən kənaralaşdırılıb ki, onların sırasında eks-nazir Fazil Məmmədovun 12 müşaviri də vardı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!