Modern.az

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞIB

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞIB

İqtisadiyyat

27 Aprel 2024, 22:57

Aprel ayında tur paketlər bahalaşıb.

 

Modern.az "Xezerxeber"ə istinadən xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir.

 

İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaət etmiş olub. Çünki həmin tur paketi indi almaq təxminən 300-400 dollar itirmək deməkdir. Növbəti aylarda fərq daha çox olacaq.

 

Ən çox tələbat hər il olduğu kimi yenə də Türkiyəyədir. Bu il bu istiqamət üzrə qiymətlər tez, həmçinin də çox artıb. Səbəb Rusiya-Ukrayna müharibəsi fonunda rusların Türkiyəyə daha çox maraq göstərməsidir.

 

Hazırda qiymət artımı təxminən 25-30%-dir. Növbəti aydan etibarən isə bu artım daha çox olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var