Bu ilin sonunadək Ələt-Astara yolunun 31-204 km-i ödənişli olacaq.
Modern.az xəbər verir ki, bunu RealTV-yə müsahibəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov deyib.
S.Məmmədov bildirib ki, bu ilin sonunadək Azərbaycanda ilk ödənişli yol sistemi işə düşəcək.
Qurum sədrinin sözlərinə görə, ödənişli giriş Ələt-Astara magistralının 31-204-cü kilometrinə tətbiq ediləcək.