Modern.az

Azərbaycanda əmək müqavilələrinin sayı açıqlandı

Azərbaycanda əmək müqavilələrinin sayı açıqlandı

İqtisadiyyat

7 May 2024, 16:52

Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 442,126 min vahid artaraq bu il mayın 1-nə 1 milyon 844 min 041-ə çatıb.

 

Bu barədə Modern.az-a  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

 

Məlumata görə, bu illər ərzində qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 398 852 vahid artaraq 938 774 olub.

 

"5 ilə yaxın bir müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Artım Dövlət Xidmətinin iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsidir", - deyə məlumatda qeyd edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi