“Kəlbəcərsiz 19 il...” adlı kitab “Elm” nəşriyyatında çapdan buraxılıb. Kitabda Ələmdar Cabbarlının “Kəlbəcər tacıdır Azərbaycanın” poeması və Kəlbəcərə həsr olunmuş şeirlərindən nümunələr toplanıb. Kitabın məsləhətçisi “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Şəmşiroğlu, redaktoru filologiya elmləri doktoru Şirindil Alışanlıdır.
Qeyd edək ki, Ələmdar Cabbarlı 2008-ci ildə gənc yazarlar üçün nəzərdə tutulmuş Prezident təqaüdünə layiq görülüb. 2012-ci ildə filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib.