Modern.az

AÇG və Şahdəniz üzrə gəlirlər AÇIQLANDI

AÇG və Şahdəniz üzrə gəlirlər AÇIQLANDI

4 May 2023, 15:30

Dövlət Neft Fondu 01 may 2023-ci il tarixinə "Azəri-Çıraq-Günəşli" (AÇG) və Şahdəniz üzrə gəlirlərini açıqlayıb.

 

Fonddan Modern.az-a verilən məlumata görə, 01.01.2023-01.05.2023 dövründə (ilk 4 ayda) AÇG yatağı üzrə 2 milyard 468 milyon ABŞ dolları, Şahdəniz yatağı üzrə (qaz və kondensat) 935 milyon 754 min ABŞ dolları gəlir daxil olub.

 

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 197 miylon 763 min ABŞ dolları olub. Fondun AÇG və Şahdəniz üzrə cəmi gəlirləri 3 milyard 404 milyon dollar təşkil edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir