Modern.az

Azərbaycan nefti yenidən BAHALAŞDI

Azərbaycan nefti yenidən BAHALAŞDI

İqtisadiyyat

14 Mart 2024, 09:00

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 1 dollara yaxın artıb.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,81 ABŞ dolları, yaxud 0,95 % artaraq 86,69 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?