Modern.az

Vahid Ələkbərov sərvətini xeyli artırıb

Vahid Ələkbərov sərvətini xeyli artırıb

2 May 2024, 09:10

Rusiyada yaşayan və “Lukoil” şirkətinin təsisçisi olan azərbaycanlı milyarder Vahid Ələkbərov ilin əvvəlində 2,78 milyard dollar qazanaraq sərvətini 27.4 milyard dollara çatdırıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” Milyarderlər İndeksinə (BBI) əsasən məlumat yayıb.

 

Məlumata görə, Ələkbərov hazırda Rusiyanın ən zəngin adamları siyahısında metallurgiya maqnatı Vladimir Lisinlə birgə iki və üçüncü yerləri bölüşür.

 

Ümumilikdə, 2024-cü ilin ilk dörd ayında ən varlı rusiyalı iş adamlarının toplam sərvəti 14,89 milyard dollar artıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi