Modern.az

Nuridə Allahyarova ilə bağlı TƏYİNAT - Nazirlikdə iş verdilər  

Nuridə Allahyarova ilə bağlı TƏYİNAT - Nazirlikdə iş verdilər   

4 İyun 2018, 13:07

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətində kadr dəyişikliyi edilib.

Modern.az-ın məlumatına görə, Nuridə Allahyarova qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.

N.Allahyarova Modern.az-a açıqlamasında faktı təsdiqləyib.

Xatırladaq ki,  N.Allahyarova buna qədər Bakı Nəqliyyat Agentliyində, “BakuBus”da mətbuat katibi vəzifələrində çalışıb. Daha əvvəllər Vergilər Nazirliyi və Binəqədi rayon İcra Hakimiyyətində çalışıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizin inşasına başladılar