Modern.az

Apreldə azad edilmiş ərazilərdə 332 mina aşkarlanıb

Apreldə azad edilmiş ərazilərdə 332 mina aşkarlanıb

1 May 2024, 14:30

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat açıqlanıb.

 

Bu barədə Modern.az Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.

 

Məlumata əsasən azad olunan ərazilərdə ötən ay ərzində 141 tank əleyhinə mina, 191 piyada əleyhinə mina, 2502 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

 

Həmçinin 6038.9 hektar ərazi minalardan təmizlənib.

 

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək