Modern.az

Vəsiqə alan jurnalist işdən çıxsa, onu təhvil verəcək

Vəsiqə alan jurnalist işdən çıxsa, onu təhvil verəcək

12 Oktyabr 2022, 16:46

Jurnalist vəsiqəsinin əsas missiyası hər hansı KİV əməkdaşının adının Media Reyestrində olub-olmadığını bildirmək üçündür.


Bunu yeni jurnalist vəsiqələri haqqında Modern.az-a danışan Mətbuat Şurasının Beynəlxalq əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərli deyib.


O bildirib ki, jurnalist vəsiqəsi media fəaliyyəti ilə məşğul olan və adı Media Reyestrinə düşmüş jurnalistlərə təqdim olunacaq:
 

“Media Reyestrinə daxil olmuş Kütləvi İnformasiya Vasitələri subyektlərinə arayışlar verilir, jurnlistlərə isə vəsiqə verilir. KİV nümayəndəsi həmin vəsiqəni iş başında olarkən, ezamiyyətə göndərilərkən, yaxud tədbirlərə gedərkən, eləcə də akkreditsiyadan keçərkən təqdim etməklə özünü Media Reyestrindən olan jurnalist kimi isbatlamış olacaq. "Media Reyestrinin tətbiqi" haqqında fərmanda və əsasnamədə göstərilir ki, jurnalist vəsiqəni aldıqdan sonra iş yerini dəyişərsə və ya jurnalistikadən gedərsə, yaxud jurnalistika fəaliyyətində dəyişiklik edərsə, bununla bağlı çalışdığı redaksiyanı və Media Reyestri adminini məlumatlandırmalı, vəsiqəsini təhvil verməlidir. İş yerini dəyişsə belə, vəsiqəni təhvil verməlidir, çünki qaydalarda göstərilir ki, jurnalist vəsiqə almaq üçün adı Media Reyestrində olan KİV-in birində çalışmalıdır və ya xidmət müqaviləsi bağlamalıdır’.
 



M.Ələsgərli deyib ki, vəsiqə jurnalistə xüsusi imtiyaz və vəzifə vermir:
 

“Ancaq adı Media Reyestrinə düşmüş jurnlistlərə müəyyən güzəştlər nəzərdə tutulub. Məsələn, güzəştli ipoteka şərtləri, müəyyən sosial şərtlər var ki, onlardan yararlanacaqlar. Güzəştlərdən yararlanmaq imtiyazını Media Reyestri verir, vəsiqə yox. Vəsiqə jurnalistin işini asanlaşdırmaq üçün nəzərdə tutulub. Vəsiqələr beynəlxalq standarta uyğun hazırlanıb”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Qarabağ və Zəngəzur möcüzəsi-Görün nələr var?