Modern.az

Erməni baş redaktor azərbaycanlı jurnalistlərlə görüşdən DANIŞDI

Erməni baş redaktor azərbaycanlı jurnalistlərlə görüşdən DANIŞDI

Media

29 Aprel 2023, 17:39

Bu gün Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan jurnalistlərinin görüşü keçirilib

 

Modern.az-ın məlumatına görə, dörd ölkənin media nümayəndələri Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan “Cənubi Qafqazda sülh və medianın rolu” adlı toplantıda bir araya gəliblər. Tədbir çərçivəsində Azərbaycan və Ermənistan jurnalistlərinin ikitərəfli görüşü baş tutub.

 

Erməni jurnalist, “Arminfo” saytının baş redaktoru Emmanuli Mkrtçyan görüşün faydalı olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün əldə olunması üçün belə görüşlər xüsusi əhəmiyyətə malikdir.

 

“Biz görüş zamanı müharibədən sülhə gedən yolda ciddi işlərin həyata keçirilməsi barədə müzakirə apardıq. Əlbəttə, bunlar ciddi müzakirə mövzusudur. İkitərəfli görüşdə azərbaycanlı jurnalistlərlə faydalı addımlar ata biləcəyimiz barədə danışdıq. Bu, sülhə yardım edə bilər. Gürcüstan bunun üçün yaxşı platformadır. Biz, həmçinin gələcəkdə jurnalistlərlə bağlı layihələri nəzərdən keçirdik. Biz hər şeyə sıfırdan başlamağa məcburuq. Hesab edirəm ki, belə görüşlərin keçirilməsi sülh quruculuğu prosesində vacibdir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar