Ermənistan prezidenti Serj Sarkisyan Avstriya paytaxtı Vyanadadır.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onun təyyarəsi bir saat öncə aeroporta eniş edib.
Axşam ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Rusiya, ABŞ və Fransa xarici işlər nazirləri ilə görüşü də keçiriləcək.
Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsində məqsəd 2-5 aprel tarixlərində cəbhə xəttində baş verən hərbi əməliyyatlardan sonra atəşkəs rejiminin möhkəmləndirilməsi məsələləri olacaq.
Vüqar İsmayılov