Modern.az

Milli Məclisin növbədənkənar iclasının GÜNDƏLİYİ

Milli Məclisin növbədənkənar iclasının GÜNDƏLİYİ

Parlament

9 İyun 2016, 11:17

 

Milli Məclisin növbədənkənar sessiyasının plenar iclaslarının vaxtları bəlli olub.

Modern.az-ın məlumatına görə, növbədənkənar sessiyanın birinci iclası iyunun 14-də, sonuncu iclası iyunun 24-də keçiləcək.

Parlamentin iyunun 14-də baş tutacaq növbədən kənar xüsusi sessiyanın ilk plenar iclasının gündəliyinə 28 məsələnin müzakirəsi nəzərdə tutulub.

İclasda Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlərin təsdiqi, “Kənd təsərrüfatı kooperasiyası haqqında” və “Elm haqqında” qanun layihələri üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.

 

Bundan başqa, iclasda bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsini nəzərdə tutan “Hərbi xidmət və hərbi vəzifə haqqında” qanuna dəyişiklik edilməsi də deputatların müzakirəsinə çıxarılacaq.

“Hərbi qulluqçuların statusu haqqında” qanuna, Miqrasiya, Vergi, İnzibati Xətalar, Mülki Prosessual Məcəllələrinə və sıra qanunlara dəyişikliklər edilməsi də gündəliyə daxil edilib.

Xatırladaq ki, iyunun 24-də keçiriləcək plenar iclasın gündəliyi hələ müəyyənləşdirilməyib.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!