Sumqayıt-Bakı elektrik qatarını daşa basan uşaqlar saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, hadisəyə səbəb 2 azyaşlı olub.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 8-də Sumqayıt-Bakı elektrik qatarının 2 pəncərəsinin şüşələrini daşla sındırıb.
Hadisəyə səbəb Biləcəri qəsəbə sakinləri olan 2 azyaşlı saxlanılıb. İzahatları alındıqdan sonra özlərinə və valideynlərinə xəbərdarlıq edilərək buraxılıblar.
Gülşən RAUFQIZI