Modern.az

Keçmiş baş nazir əməliyyat olunur

Keçmiş baş nazir əməliyyat olunur

Aktual

14 İyun 2016, 12:23

Milan xəstəxanasının həkimləri bu dəqiqələrdə İtaliyanın keçmiş baş naziri Silvio Berluskninin ürəyində açıq əməliyyat həyata keçirirlər. Modern.az xarici mediaya istinadən bildirir ki, siyasətçinin əməliyyatı 4 saata yaxın çəkəcək.

Əməliyyatı xəstəxananın şöbə müdiri kardioloq cərrah Ottavio Alferi və anestezioloq-reanimatoloq Alberto Dzanqrillonun rəhbərlik etdiyi təcrübəli briqada həyata keçirir. İkinci şəxs Berluskoninin şəxsi həkimidir.

İtaliyanın keçmiş baş naziri iyunun 7-də təcili xəstəxanaya yerləşdirilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək