Modern.az

Bakı “Formula-1”ində GP2 seriyasının qalibi məlum oldu

Bakı “Formula-1”ində GP2 seriyasının qalibi məlum oldu

Aktual

19 İyun 2016, 15:54

İunun 19-da Bakıda keçirilən Formula-1 Avropa Qran-prisinin yekun mərhələsi keçirilir.

Modern.az xəbər verir ki, GP2 pilotları sonuncu dəfə Bakı trekinə çıxıblar. GP2 seriyasının ikinci yarışı da italiyalı pilot Antonio Covinatsinin qələbəsi ilə başa çatıb.

Birinci yarışda olduğu kimi, bu dəfə də “Prema Racing” komandasının pilotu 1 dəqiqə 56,439 saniyə nəticə ilə qalib gəlib.

Onun komanda yoldaşı Pyer Qasli ikinci, “ART Grand Prix” kollektivinin pilotu Sergey Sirotkin isə üçüncü olub.

Qalibləri Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov və digər qonaqlar mükafatlandırıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir