Modern.az

Xəzərdə batan 18 yaşlı gəncin meyiti tapıldı

Xəzərdə batan 18 yaşlı gəncin meyiti tapıldı

Aktual

25 İyun 2016, 11:05

İyunun 22-də Xəzər dənizində batan 18 yaşlı Bakı sakinin meyiti tapılıb.

 

Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, iyunun 22-də Bakı şəhəri, Pirallahı rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 10 km aralıda) batmış 1998-ci il təvəllüdlü İsmayıllı Fərid Ədalət oğlunun axtarışları başa çatıb.

 

F.İsmayıllının cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 10 km aralıda tapılaraq sudan çıxarılıb.

 

Aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:30-da başa çatıb.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!