Modern.az

“Bu uğuru Cavid Hüseynova həsr edəcəkdik” - Tale Heydərov

“Bu uğuru Cavid Hüseynova həsr edəcəkdik” - Tale Heydərov

Aktual

28 İyul 2016, 23:58

"Səfərdə qeydə alınan 1:1 hesabı bizim üçün əlverişli nəticədir. İndi cavab oyununu düşünməliyik”. Modern.az saytı qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Qəbələ”nin prezidenti Tale Heydərov bildirib.

 

T.Heydərov qeyd edib ki, mərhələ adlayacaqları halda, bu uğuru “Qəbələ”nin kapitanı, hazırda həbsdə olan Cavid Hüseynova həsr edəcəklər: “Lill”in gücü hər kəsə bəllidir. Bu gün böyük tarixi və böyük büdcəsi olan komandaya qarşı oynadıq. “Lill” son Fransa çempionatında beşinci olub. Səfərdə komandamız sərfəli nəticə qazandı. Daha əvvəl komanda ilə söhbətimiz olmuşdu. Baş məşqçimiz başda olmaqla, bütün futbolçulara bildirilmişdi ki, mərhələni keçəcəyimiz halda bu uğuru Cavid Hüseynova həsr edəcəyik. Buna görə də komanda bütün gücünü meydanda qoymalıdır. Futbolçular da sağ olsunlar ki, bu gün meydanda tam gücləri ilə rəqibə qarşı mübarizə apardılar”.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?