Modern.az

Parisdə “IEA-COP29” formatında yüksək səviyyəli ilk dialoq keçiriləcək

Parisdə “IEA-COP29” formatında yüksək səviyyəli ilk dialoq keçiriləcək

COP29

30 Aprel 2024, 10:34

Fransanın paytaxtı Parisdə mayın 15-də “Beynəlxalq Enerji Agentliyi (IEA)-COP29” formatında ilk yüksək səviyyəli dialoq keçiriləcək.

 

Modern.az xəbər verir ki, İEA-nın icraçı direktoru Fatih Birol sosial şəbəkələrdə İtaliyanın Turin şəhərində ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti Muxtar Babayevlə görüş keçirdiyini bildirib.

 

“COP29-un prezidenti Muxtar Babayevlə bu il Bakıda COP29-un uğurlu nəticələrinin təmin edilməsi və IEA-nın milli səviyyədə müəyyən edilən yeni töhfələrə dəstək verməsi barədə müzakirələr aparılıb. Biz mayın 15-də Parisdə “IEA-COP29” formatında yüksək səviyyəli ilk dialoqu keçirməyi səbirsizliklə gözləyirik”, - o qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi