Modern.az

Karlson bu dəfə Duqindən müsahibə götürdü

Karlson bu dəfə Duqindən müsahibə götürdü

Dünya

30 Aprel 2024, 10:40

"Russkiy mir" ideoloqu, avrasiyaçı Aleksandr Duqin Tramppərəst sağ-mühafizəkar jurnalist Taker Karlsona müsahibə verib.

 

Modern.az xəbər verir ki, adı sanksiya siyahısında olan Duqin Karlsona müsahibəsində Qərbin özünü məhv etdiyini iddia edib:

 

"İndividualizm insan təbiətinin yanlış anlaşılmasıdır və bu, Qərbin özünü məhv etməsinə səbəb olur".

 

Duqinin sözlərinə görə, ABŞ-da Putin Rusiyası ilə müqayisədə daha çox insan SSRİ haqqında yaxşı fikirdə idi, çünki Putin ənənəvi dəyərləri “nüvə silahı ilə” müdafiə edirdi. Duqin bunu “rusofobiyanın və Putinə nifrətin” kökü kimi görür.

 

Qeyd edək ki, Aleksandr Duqin Vladimir Putini və Ukraynadakı müharibəni fəal şəkildə dəstəkləyən rus filosofu və publisistidir. 2014-cü ildən Aİ-nin, 2015-ci ildən isə ABŞ, Kanada və digər ölkələrin sanksiyalar siyahısına daxil edilib.

 

2022-ci ilin avqustunda Aleksandr Duqinin qızı Daria avtomobilinin partladılması nəticəsində ölüb. Bundan əvvəl Taker Karlson Vladimir Putindən müsahibə alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ