Modern.az

Yerevandakı toqquşmada yeniyetmə gözünü itirib

Yerevandakı toqquşmada yeniyetmə gözünü itirib

Aktual

30 İyul 2016, 16:49

Ermənistan hakimiyyəti paytaxtda mitinq edənlərlə polis arasındakı toqquşmaların bütün nəticələri və təfərrüatlarını müəyyənləşdirməkdə davam edir.

 

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, qarşıdurmalardan birinin qurbanı oradan təsadüfən keçən 17 yaşlı Sayat Arutyunyan olub.

 

“Qardaşım paytaxta Qeqarkun vilayətindən gəlib ki, avqustun 8-də olacaq ad gününə paltar alsın. Mən evdə olmamışam, işdəydim, o, şəhərdə gəzmək qərarına gəlib və piyada mərkəzə gedib”, - yeniyetmənin bacısı Svetlana Arutyunyan deyib.

 

İyulun 29-da axşam saatlarında Yerevandakı qarşıdurma zamanı 160-a yaxın etirazçı saxlanılıb. Polis mitinçilərin dağıdılması üçün tüstü buranan şaşkalardan və qumbaralardan istifadə edib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!