Modern.az

ABŞ-ın vitse-prezidenti: “Fətullah Gülən haqqında Türkiyə ilə işbirliyindəyik”

ABŞ-ın vitse-prezidenti: “Fətullah Gülən haqqında Türkiyə ilə işbirliyindəyik”

Dünya

24 Avqust 2016, 18:49

ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyəyə səfəri çərçivəsində Çankaya köşkündə Türkiyənin baş naziri Binali Yıldırımla görüşüb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, görüşdən sonra vitse-prezident və baş nazir birgə mətbuat konfransı keçiriblər.

Co Bayden ABŞ-ın Türkiyədə baş verən dövlət çevrilişi cəhdini əvvəlcədən bildiyi istiqamətdəki iddiaları təkzib edərək, "15 iyulda baş verən dövlət çevrilişi cəhdini pisləyirəm" deyib.

15 İiyulda baş verən dövlət çevrilişi cəhdi səbəbiylə yaşadığı kədəri dilə gətirən Baydenn "türk xalqının cəsarətinə heyran qaldıq. Onlar tankların üstünə çıxdılar və beləliklə demokratiyaya sipər oldular", deyə söyləyib. ABŞ-ın vitse-prezidenti 15 iyulda həyatını itirənləri nəzərdə tutaraq “bütün Türk xalqına bir daha başsağlığı verirəm” söyləyib.

Co Bayden ABŞ hökumətinin dövlət çevrilişi cəhdindən məsul olanları Türk hökumətinə gətirmək üçün əlindən gələni edəcəyini ifadə edib

“Ölkəmizin əsası olan qanunlar var. Baş nazirə da dediyim kimi, Fətullah Gülən haqqında biz əməkdaşlıq edirik. Bizim hüquq mütəxəssislərimiz hazırda Türk həmkarları ilə çalışır, sübutları və sənədləri araşdırırlar. Bu sənədlərin Amerika rəsmilərinə təqdim edilməsi və bizim qanunlarımız və ekstradisiya müqaviləsinə görə hazırlanması lazımdır. Bizim heç bir şəkildə bir insanı qorumaq, xüsusilə bir müttəfiqimizə zərər verən bir insanı qorumaq niyyətimiz yoxdur amma qanunlarımıza tabe olmaq vardır".


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü