Modern.az

Maradona nikahdan kənar oğlu olduğunu etiraf etdi

Maradona nikahdan kənar oğlu olduğunu etiraf etdi

Dünya

27 Avqust 2016, 20:03

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona keçmiş dostu Kristina Sinaqradan olan 29 yaşlı oğlu ilə görüşüb və rəsmən onun atası olduğunu boynuna alıb. Modern.az xarici mediaya istinadən xəbər verir kiçik Dieqo 1986-cı ilin sentyabr ayında anadan olub.

Argentinalı futbolçu həmin vaxt İtaliyanın “Napoli” klubunda oynayb. O, oğlu ilə axırıncı dəfə 2003-cü ildə qolf turnirində görüşüblər.

Futbolçu DHK testindən keçməkdən imtina etsə də, İtaliya məhkəməsi Maradonanı uşağın atası kimi tanıyıb.

Qohumların görüşünü Maradonanın dostu Rosio Olivanın təşkil etdiyi naharda baş tutub. Məlumata görə, naharda argentinalının iki ilə öz qızı olduğunu etiraf etdiyi 20 yaşlı Yana da iştirak edib.

“Xoşbəxtəm, ona görə ki, oğlumla bir araya gəlmişəm, nə zamansa Yana ilə də belə görüş olub. Mən onu çox sevirəm, mənə çox oxşayır”, - Maradona vurğulayıb.

Oğul Dieqodan və Yanadan başqa Maradonanın keçmiş arvadı Klaudiya Villafanedən Dalma və Cannina adlı qızları, eləcə də 3 yaşlı oğlu Dieqo Fernando da var. Onun anası Veronika Oxedadır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!