Modern.az

Azərbaycanın xaricdəki səfirliklərinə turizm nümayəndəsi göndəriləcək

Azərbaycanın xaricdəki səfirliklərinə turizm nümayəndəsi göndəriləcək

Aktual

2 Sentyabr 2016, 10:44

 

Turist axını sürətləndirmək üçün prioritet sayılan ölkələrdə fəaliyyət göstərən Azərbaycan diplomatik nümayəndəliklərində turizm nümayəndələri təyin ediləcək. 

 

Modern.az-ın xəbərinə görə bu öz əksini prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 1 sentyabr 2016-cı il tarixli sərəncamında tapıb. 

 

Sərəncama əsasən, Xarici İşlər Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə ölkənin turizm potensialının təşviqi, turizm məhsullarının dünya turizm bazarına çıxarılması, satışının təşkili və ölkəyə turist axınının artırılması məqsədilə prioritet hesab olunan ölkələrdə fəaliyyət göstərən Azərbaycanın diplomatik nümayəndəliklərində turizm nümayəndələrinin təyin və onların fəaliyyətinin təmin edilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.

 

Ağa AKİFOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır