Modern.az

Penitensiar Xidmətdən ittiham yağdıran qadına CAVAB

Penitensiar Xidmətdən ittiham yağdıran qadına CAVAB

10 Sentyabr 2016, 10:24

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov Ömürlük Məhbusları Müdafiə Komitəsinin sədri Müslümət Rzaxanovanın Qobustan həbsxanasında məhbuslara işgəncə verilməsilə bağlı iddialarına cavab verib.

 

Polkovnik Modern.az-a deyib ki, Müslümət Rzaxanova mütəmadi olaraq həbsxanalar və rəhbərliklərilə bağlı absurd ittihamlar irəli sürür:

 

“O hər hansı narazılıqla bağlı aidiyyatı orqanlara müraciət edə bilər. Onun oğlu ömürlük həbs cəzasına məhkum olunub. Müslümət Rzaxanova bu illər ərzində dəfələrlə işgəncələrdən, guya mövcud olan problemlərdən danışır. Həmişə də onunla bağlı müvafiq araşdırmalar aparılıb, amma heç vaxt real olaraq da öz əksini tapmayıb”.

 

M.Sadıqov “bunlar o qədər həqiqəti əks etdirməyən məlumatlardır ki, onun növbəti ittihamlarını şərh etmək fikrində belə deyiləm”,- cavabını verib.

 

Qeyd edək ki, Müslümət Rzaxanova Qobustan həbsxanasının keçmiş rəisi Fikrət Qafarovun məhbuslara ağır işkəncələr verdiyini deyib. 

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!