Modern.az

İlham Əliyev İsrail səfirliyinə getdi

İlham Əliyev İsrail səfirliyinə getdi

Aktual

29 Sentyabr 2016, 16:29

Azərbaycan Prezidenti İlham Əliyev İsrailin Azərbaycandakı səfirliyində olub.

Səfirlikdən Modern.az-a xəbər verilən xəbərə görə, dövlət başçısı İsrailin 9-cu prezidenti Şimon Peresin vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

 

Xatırladaq ki, Ş.Peres sentyabrın 28-də səhər saatlarında Təl-Əviv yaxınlığındakı "Təl ha-Şomer" xəstəxanasında, 94 yaşında dünyasını dəyişib.

 

O, 1984-1986 və 1995-1996-cı illərdə İsrailin baş naziri, eləcə də 2007-2014-cü illərdə prezidenti olub.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!