Modern.az

Özünü yandıran sürücünün 43 min cəriməsi var

Özünü yandıran sürücünün 43 min cəriməsi var

Hadisə

7 Oktyabr 2016, 12:49

Oktyabrın 6-da saat 17 radələrində Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində Sumqayıt ŞPİ DYPŞ-nin inzibati binasının yaxınlığında Abşeron rayonunun Pirəkəşkül qəsəbə sakini Cəmil Məmmədov intihar məqsədilə benzinlə özünü yandırıb.

Qol və sinə nahiyəsindən yanıq xəsarətləri almış C.Məmmədov  xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyindən Modern.az-a bildirilib ki, ilkin araşdırmalar zamanı C.Məmmədovun sürücülük vəsiqəsinin olmaması, idarə etdiyi “NAZ Lifan” markalı avtomobilində görünüş dairəsini məhdudlaşdıran əlavə avadanlığın quraşdırılması və barəsində tərtib olunmuş 463 ədəd elektron protokola əsasən 43.000 manat məbləğində cəriməsinin olması müəyyən edilib, avtomobil bu səbəbdən Sumqayıt ŞPİ DYPŞ-nin müvəqqəti duracağına yerləşdirilib.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!