Modern.az

Avstriyalı jurnalist qanunsuz olaraq Qarabağa gedib

Avstriyalı jurnalist qanunsuz olaraq Qarabağa gedib

Qarabağ

11 Oktyabr 2016, 11:19

Avstriyanın “Profil” jurnalının əməkdaşı Martin Staudinger rəsmi Bakının icazəsi olmadan Dağlıq Qarabağa səfər edib.

 

Modern.az xəbər verir ki, səfərinin yekunu olaraq yazdığı “Cəbhə xəttində:Qarabağ ətrafında savaş” məqaləsində müəllif birtərəfli mövqe tutaraq aprel döyüşlərini Ermənistanın mövqeyindən işıqlandırır.

 

Ştaundger Talış kəndi və digər təmas xəttində yerləşən kəndlərdə olaraq yerli sakinlərdən də açıqlamalar alıb.

 

Avstriyalı jurnalistin Qarabağa qanunsuz səfəri və obyektivlikdən uzaq yazısı ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin reaksiya verəcəyi gözlənilir.

 

Vüqar İSMAYILOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir